Davudoğlu Azərbaycandan danışdı
1800 kilometrlik qaz kəməri üçün təxminən 1,2 milyon ton polad borunu "Borusan Mannesmann", "Noksel Çelik" və "Erciyas Çelik" konsorsiumu qazandı. Polad boruların çatdırılmasının 24 ay çəkəcəyi gözlənilir.
Mərasimdə çıxış edən Türkiyə baş naziri TANAP-ın sülh lahiyəsi olduğunu bildirib:
"Ətrafımızda bir çox böhran yaşanarkən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr enerji layihələrini həyata keçirməyə imkan verir. 90-cı illərdə böhran bölgələri olaraq xatırlanan Qafqaz ilə Balkanlar arasında indi körpü quracağıq. İndi Azərbaycandan çıxan bir xəttin Yunanıstandan keçməsi söz mövzusudur. Bu bir sülh layihəsidir. Türkiyə ilə Yunanıstan arasındakı dostluq möhkəmlənəcək. İtaliya və Avropa ölkələri bu layihə ilə tək bir enerji xəttinə bağlı olmadıqlarını görəcəklər. Neft və ya qaz qiymətlərinin dəyişməsi fonunda əməkdaşlıq edəcəyik. Yaşasın Türkiyə və Azərbaycan dostluğu və əbədi qardaşlığı. Yaşasın Balkanlarla Qafqaz arasındakı bu sülh körpüsü. Əməyi keçən qurumlarımıza təşəkkür edirəm".







Vaxtında, Aydın, Lazımlı!


