`Ola bilsin Arif Hacılı zəifdir`- Sərdar Cəlaloğlu

`Ola bilsin Arif Hacılı zəifdir`- Sərdar Cəlaloğlu
  15 Oktyabr 2014    Oxunub:1597
“Müsavat ideologiyasına söykənən gənc, partiyadan istefa verirsə, burada sadiqlikdən söhbət gedə bilməz”
AzVision.az xəbər verir ki, bunu AzNews.a-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiya sıralarından istefalara münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, gənclər emosionaldır, uzaq düşünən deyillər:

“Elmdə innavasiya deyilən bir xəstəlik var. İnsanlar yeniliyə mənfi reaksiya verirlər. Bir lider dəyişilirsə, bu da yenilikdi. Kimlərdə ki, bu innavasiya xəstəliyi var, onlar əks reaksiya verməlidir. Gənclər emosionaldır, uzaq düşünən deyillər. Fikirləri qarma-qarışıqdı. Hər şeyə pis reaksiya verirlər. Onlara elə gəlir ki, dünyanın sonudur. Siyasət uzun bir yoldur, burada tələsmək olmaz. Səbr etmək lazımdır. Əgər insanlar uzun zaman bir ideya arxasınca gəliblərsə, başqanın kimliyinin rolu olmamalıdır. İstefa verənlər illərlə müsavatçılıq ideologiyasının arxasınca gəlib. Orada partiya sədrinin kimliyi önəm daşımır. Əgər Arif Hacılı müsavatçılıq ideologiyasından imtina etsəydilər o zaman kiminsə istefa verməyə haqqı çatardı. Ola bilər ki, İsa Qəmbərdən bir qədər zəif, fərqli düşünsün. Amma onun ideologiyası öz yerində qalırsa niyə o gənclər partiyanı tərk etməlidir? Belə çıxır ki, həmin gənclər müsavatçılıq ideologiyasına sadiq deyillər”.




Teqlər:  



Xəbər lenti