Rusların axtardığı cinayətkarlar Bakıda tutuldu

Rusların axtardığı cinayətkarlar Bakıda tutuldu
  15 Oktyabr 2014    Oxunub:1601
Rusiya höküməti tərəfindən axtarışda olan cinayətkarlar ələ keçib.
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar.

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti