Daha bir NİDA-çı prezidentdən əfv istədi

Daha bir NİDA-çı prezidentdən əfv istədi
  15 Oktyabr 2014    Oxunub:1910
“NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Ömər Məmmədov prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb:

`Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm`-deyə məktubda deyilir.

AzVison.az


Teqlər:



Xəbər lenti