Prezident XİN rəhbərini qəbul etdi

Prezident XİN rəhbərini qəbul etdi
  15 Oktyabr 2014    Oxunub:1198
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırıb.

O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.

AzVision.az


Teqlər:



Xəbər lenti