İŞİD-ə qoşulan azərbaycanlı güləşçi öldürüldü - ÖZƏL

İŞİD-ə qoşulan azərbaycanlı güləşçi öldürüldü - ÖZƏL
  16 Oktyabr 2014    Oxunub:17666
Bu ilin avqust ayında İŞİD terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub.

Bu barədə AzVision.az-a R.Baxşəliyevin ailəsindən məlumat verilib.

Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. R.Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.

Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçidir. O dəfələrlə Respublika yarışlarından yüksək nəticələr əldə edib. Suriyaya gedənə kimi o, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.

Xatırladaq ki, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi.

Anar RÜSTƏMOV



Teqlər:  



Xəbər lenti