Mikayıl Cabbarovun layihəsi təxirə düşdü

Mikayıl Cabbarovun layihəsi təxirə düşdü
  16 Oktyabr 2014    Oxunub:3428
Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən yaradılması nəzərdə tutulan Regional Təhsil İdarələrinin islahatı prosesi təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, növbəti ildə də bu il tətbiq olunan sistemdə fəaliyyət göstəriləcək:

“Bakı şəhər Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Təhsil şöbəsinin tabeliyində olan məktəblərdə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də davam etdiriləcək”.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti