Hava kəskin pisləşəcək - Xəbərdarlıq

Hava kəskin pisləşəcək - Xəbərdarlıq
  17 Oktyabr 2014    Oxunub:2612
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, axşama doğru isə daha da kəskinləşəcəyi gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Arabir yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti təşkil edəcəyi, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcəyi, oktyabrın 20-də isə gecə və gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir.

Respublikanın rayonlarında isə oktyabrın 19-da şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək.
Havanın temperaturu oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti