Vitse-spiker: `...gərək Leyla Yunus olasan`

Vitse-spiker: `...gərək Leyla Yunus olasan`
  17 Oktyabr 2014    Oxunub:1868
Bu gün Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinə dəyişiklik təklifi müzakirəyə çıxarılıb. AzVision.az xəbər verir ki, Azərbaycana gələn turistlərin turizm şirkətləri vasitəsilə elektron viza almaq imkanı müzakirə olunub.

Müzakirəlrədə iştirak edən millət vəkili Aqil Abbas bildirib ki, Leyla Yunusa 5 saat ərzində viza verən Fransa səfirliyindən viza ala bilmir.

Spikerin birinci müavini Ziyafət Əsgərovun deputatın bu iradına cavabı qısa olub: “Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan”.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti