Ağcabədidəki dəhşətli qətlin TƏFƏRRÜATI
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımov Aydın Əbülfəz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı oktyabrın 8-də A.Qasımovun tanışı S.Əliyeva ilə birlikdə öz qohumlarını ziyarət etmək məqsədi ilə Ağcabədi rayonunun Pərioğlullar kəndində yaşayan dayısıgilə qonaq gedərkən saat 21 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun 8-ci kilometrliyində, rayonun Hacıbədəlli kəndi ərazisində yolun kənarında aralarında yaranmış mübahisə zəminində S.Əliyevanı əli ilə boğaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan A.Qasımov iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


