QHT Şurası Memorandum imzaladı
Ə.Hüseynli qeyd edib ki, ölkəmizin demokratik inkişafı yeni mərhələyə qədəm qoyub. Artıq hökumət qanunlar qəbul edərkən vətəndaşların da iştirakı, fikirləri nəzərə alınır. Bu Memorandum Milli Məclis və vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığı daha da gücləndirəcək.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dövlətin dəstəyi nəticəsində vətəndaş cəmiyyəti artıq öz inkişaf mərhələsinə qədəm qoyub. Bu Memorandum bir daha sübut edir ki, Azərbaycan hökuməti qanunlar qəbul edərkən vətəndaşların fikirlərinə önəm verir.
Sonra həm QHT nümayəndələrinin, həm də deputatların iştirakı ilə Memorandumun imzalanmasına dair müzakirələr aparılıb.
Sonda Əli Hüseynli və Azay Quliyev Anlaşma Memorandumunu imzalayıblar.







Vaxtında, Aydın, Lazımlı!


