`Müsavat partiya yox, qrupdur` - Millət vəkili
Bu sözləri millət vəkili, telejurnalist Etibar Hüseynov öz facebook profilində yazıb.
“Yaxşı yadimdadır, bir neçə il öncə Müsavatda bu qəbildən daha bir seçki keçirilmişdi. O seçkidən də yadımda qalan Rauf Arifoğlunun "Mənə qarşı əsl əclaflıq etdilər" - deyimidir. Bütün bunlar bir daha sübut edir ki, ölkənin müxalifət cinahını təmsil edən partiyalar ideya ətrafında deyil, fərdlər ətrafında toplaşıb. Şəxs yoxdursa, partiya da yoxdur. Deməli, bu, partiya deyil, daha çox qrupdur. Gözümüzün önündə reallıq var. İsa Qəmbər getdi, kabinetindən çıxmamış Müsavat dağıldı”,- deyə o, əlavə edib.







Vaxtında, Aydın, Lazımlı!


