Ötən günün yol terroru: 6 ölü, 12 yaralı

Ötən günün yol terroru:  6 ölü, 12 yaralı
  18 Oktyabr 2014    Oxunub:1456
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 51 nəfər tutulub.


Teqlər:



Xəbər lenti