Vergilər Nazirliyi işçi axtarır
Sənədləri qəbul olunmuş namizədlər 13-15 noyabr 2014-cü il tarixlərdə iş vaxtı ərzində imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 16.11.2014-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.
“Elektron ərizə” formasını doldurmazdan əvvəl namizədlər “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları” ilə tanış olmalı və qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və müsabiqə ilə bağlı digər zəruri məlumatlar göndərilir.
Qeyd: Müsabiqə zamanı son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan iqtisadçı və hüquqşünaslara üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.
Müsabiqə iştirakçıları yalnız təklif olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər. Vakant yerlər barədə məlumat Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmişdir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədə işləməkdən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır.
Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


