Xədicə İsmayılla Türkoğlunun məkhəmə çəkişməsi böyüyür

Xədicə İsmayılla Türkoğlunun məkhəmə çəkişməsi böyüyür
  18 Oktyabr 2014    Oxunub:1710
Bakı Ağır Cinayətlər Məhkəmsində jurnalist Xədicə İsmayıl ilə hamının "Bayraqdar" kimi tanıdığı Elman Türkoğlunun növbəti məhkəmə prosesi baş tutub.
ANS TV-nin məlumatına görə, "Bayraqdar"ın Xədicə İsmayılı məhkəməyə verməsinə səbəb jurnalistin onun 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik maddə qəbulu ilə saxlanılmasını ittiham etməsi olub. Elman Türkoğlu idda edir ki, jurnalistin 3 il öncə sosial şəbəkədə paylaşdığı sənəd də saxtadır. Bundan əlavə, ittihamlar içərisində Elman Türkoğlunun 600 manat müqabilində müxalifətin daxilinə casus kimi salınması da yer alıb. Ona qarşı sürülən ittihamların böhtan olduğunu hesab edən "Bayraqdar"ın bu gün məhkəmə prosesi olub. Məhkəmədə "Bayraqdar"ın Xədicə İsmayıl haqqında bəzi məlumatları əks etdirən sənədlər toplusunu təqdim etməsi jurnalistin Elman Türkoğlu haqqında qarşılıqlı vəsatət qaldırmasına səbəb olub.

Xədicə İsmayıl "Bayraqdar"ın hakimlərə təqdim etdiyi sənədlərin böhtan olduğunu bildirib. Bu səbəbdən jurnalist Elman Türkoğluna qarşı məhkəmə davası açacağını açıqladı. Növbəti məhkəmə prosesi oktyabrın 23-ə təyin edilib.


Teqlər:



Xəbər lenti