Arif Hacılı müsavatçıları qucaqlaşmağa çağırdı

Arif Hacılı müsavatçıları qucaqlaşmağa çağırdı
  18 Oktyabr 2014    Oxunub:1925
Müsavat Partiyasının yeni başqanı Arif Hacılı partiyada son günlər davam edən qalmaqallarla bağlı Müsavat üzvlərinə müraciət edib.
AzVision.az xəbər verir ki, o, partiya üzvlərini qurultaydan sonra başlayan qarşılıqlı ittihamları unutmağa çağırıb:

“Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa birgə fəaliyyət göstərməyə çağırmışdım. Əksər partiya üzvləri bu çağırışıma qoşulsalar da qarşılıqlı ittihamlar tam durdurulmadı.

18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq”.

Partiyanı tərk edənlərlə bağlı sərt mövqeyində qalacağını vurğulayan başqan Müsavat üzvlərini yola birgə davam etməyə çağırıb:

“Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ile birlikdə davam edək. Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti