Ər-arvad maşında yanaraq öldü

Ər-arvad maşında yanaraq öldü
  19 Oktyabr 2014    Oxunub:1873
Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisində 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.
Nəticədə dirək avtomobilin üstünə aşıb. Hadisə zamanı avtomobil elektrik naqillərdən alovlanıb.

Hadisə nəticəsində avtomobildə olan ər-arvad yanaraq ölüb.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlar, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və 1960-cı il təvəllüdlü Avdullayeva Seyranədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.(APA)


Teqlər:



Xəbər lenti