Xədicənin basdırdıqları

Xədicənin basdırdıqları
  24 Oktyabr 2014    Oxunub:3850
Nizam-ül-Mülk

Xədicə İsmayılı hamınız tanıyırsınız. Əksini desəniz, vallah sizdən inciyərəm. Xədicə o adamdır ki, arada transa düşür, milliləşir və nəticədə bunun heyfini gənc uşaqlardan çıxır. Axı bir gəncin xəyanətini, sonrakı biganəliyini, operatorluğunu bütün gəncliyə yükləyib heyf çıxmaq olmaz.


Xədicə bütün gəncliyə nifrət edir. Bu nifrətin altında yatan səbəbi bilsək də, üz vurmuruq, keçirik əsas məsələyə.

Yaxın keçmişdə “Nida”çı gənclərin Xədicə İsmayıl adlı özü Azərbaycan vətəndaşı, mahiyyətçə Haykanuş olan varlığın səyləri nəticəsində həbsə düşməyini hamı xatırlayır. Həmin gənclər Prezidentdən əfv dilədikdən sonra azadlığa çıxdılar.

Oyuna gətirib həbsə saldırdığı gənclərin hazırda azadlıqda olması Xədicəyə yer edir. O, yaxşı bilir ki, həmin gənclər həbsdə olduqları müddətin heyfini onda qoymazlar. Odur ki, əfvdən sonra sosial şəbəkələrdə gənclərə qarşı kampaniyaya başlayıb.

Səbəb aydındır: həbsdə olan yoxdursa, qrant da yoxdur.

Əlqərəz, gənclik daha aldanmır, xədicəkimilərin pul qazanmaq vasitəsinə çevrilmir. Gəncliyini, ömrünün gözəl çağlarını qurban vermək istəmir.

Deyirlər,Əli Kərimlinin xarici pasportu yoxdur. Yaşı çatmır. Bəlkə də çatışmayan başqa şeylər də var. Ancaq bizə məlum deyil. Mənə elə gəlir, pasportsuz Əli daha yaxşı görünür. İndi siz təsəvvür edin, adıçəkilən şəxs pasport aldı, qəfil ağlına Hollandiyanı gəzmək keçdi. Düşünəndə dəhşətə gəlirəm. Axı o qədər hollandın suçu nə? Onlar işini itirəcək, ac qalacaq, dəbdən düşəcəklər.

“Pampers”in kəşfindən bir əsr ötüb. Təəssüf ki, sənayenin inkişafından xəbərsiz olanlar var. Onlar hələ də uşaq bezlərindən istifadə etməyiblər. Elə götürək, Leyla Yunusu. Xalamız dindirməyə aparıldığı zaman ətrafı buna inandırdı. Biz hamımız inandıq ki, bezsiz hüquq müdafiəçisi başa bəladır. Hara gəldi, batıra bilər. Leyla Yunusun “tualet, tualet” deyib haray çəkməsi onun illərlə göstərdiyi fəaliyyətin nəticəsi idi. O, ya batdığı satqınlıq çirkabını yumaq istəyirdi, ya da beynəlxalq təşkilatlardan yediklərini qusurdu.

Çətindir, həm bizə,həm də Leyla Yunusa. Ona qrantlarından ayrılmaq, bizə isə çörəyimizi yeyib satqınlıq edənləri izləmək.Leyla Yunus son bir ilə qədər hələ də özün doxsanıncı illərdə hiss edirdi. Ona elə gəlirdi ki, hələ də silahlı qrupla televiziyaya basqın edə, yayımı dayandıra bilər. Düşünürdü ki, nə az, nə çox yarım milyona beş istiqamətdən müdafiə korpuslarımızın gizli yerini ermənilərə yenə də ötürə bilər.

Satqınlığın anatomiyasını yaratmağa çalışdıq. Yəqin ki, alınmadı. Çünki, xalqa edilənlərin dəqiq siyahısı, edənlərin kimliyi bir günə bəlli olmur. Satqınsız qalacağımız ümidi ilə...

Nizam-ül-Mülk


Teqlər:  





Xəbər lenti