Narkomaniya ilə bağlı tədbir keçirilib

                 Narkomaniya ilə bağlı tədbir keçirilib
  17 Sentyabr 2014    Oxunub:1289
15-17 sentyabr tarixlərində “Prodemos” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Şurasının dəstəyilə “Narkomaniya və HİV barədə tədbirli ol” layihəsi çərçivəsində narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.


Tədbirdə vətəndaşların narkomaniya ilə bağlı sorğular əsasında fikirləri öyrənilib və gənclər narkomaniya və QİÇS-in törətdiyi ağır fəsadlar barədə məlumatlandırılıb.

Narkomaniyaya qarşı mübarizə qabiliyyətini inkişaf etdirmək tədbirin başlıca səbəblərindən biri olduğu vurğulanıb, müxtəlif gənclərin bu bəlaya qarşı mübarizə aparmaq üsulları müzakirə olunub.




Teqlər:  



Xəbər lenti