Saatlar çəkildi, qış vaxtına keçdik

Saatlar çəkildi, qış vaxtına keçdik
  26 Oktyabr 2014    Oxunub:2529
Azərbaycanda oktyabrın 26-da saat 5.00-da saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv edilib, qış vaxtına keçilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti