“Girovlara ağır işgəncələr verilir”

“Girovlara ağır işgəncələr verilir”
  28 Oktyabr 2014    Oxunub:2173
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri ermənilər tərəfindən girov götürülən Kəlbəcər girovlarının ötən gün keçirilən qondarma məkhəməsinə münasibət bildiriblər.

Fazil Mustafa bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər:

“Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib: “Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

Deputat Qənirə Paşayeva çıxışında bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir:

“Onlar üzərində oyuncaq bir “məhkəmə” keçirilir. Biz bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti