`Yəhudilər həmişə Azərbaycan xalqının yanındadır`
Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.
Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirdi. Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Rav Şmuel Simantov qəbula görə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edib.
Teqlər: