Müsavat başqanına daha bir etiraz
“Müsavat başqanı belə məsələlərə rəy bildirərkən daha münasib ifadələri seçməli idi. Partiya üzvləri insanlara gördükləri işə və apardıqları mübarizəyə görə hörmət edir. Bu gün fraksiya yaradaraq partiyada daha demokratik mühit formalaşdırmaq istəyənlər fədakar insanlardır”.
T.Abbaslı vurğulayıb ki, müsavatçıların kimə hörmət edib, kimi qınayacaqlarını zaman göstərəcək: “Fraksiya quruculuğunu bölücülük və ya partiyanın işinə əngəl kimi görənlərin isə siyasi sahədə informasiyasının az olduğunu düşünürəm.
Fraksiya bizim istədiyimiz formada yaranıb fəaliyyət göstərəcəksə, bu, partiyaya müsbət mənada yardım edəcək və seçkilərdə nəhayət ki, real qələbələrə gətirib çıxaracaq”.
Teqlər: