Nazirlik “Porsche”ni araşdırmağa başladı

Nazirlik “Porsche”ni araşdırmağa başladı
  01 Noyabr 2014    Oxunub:1742
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Porsche” markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.
AzVision.az İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin reklamlarda “Porsche” markalı avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Porsche – ormanların padşahı” və “Porsche – komfort etalonu” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar bu reklamların sifarişçisi və həmin avtomobillərin satışını həyata keçirən “Əfəndilər” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Araşdırmalar davam etdirilir.


Teqlər:



Xəbər lenti