`Canımdan keçməyə hazıram`- Türkiyədən qayıdan əsgərimiz

`Canımdan keçməyə hazıram`- Türkiyədən qayıdan əsgərimiz
  01 Noyabr 2014    Oxunub:3723
Türkiyədə müalicə alan hərbiçilərmizdən biri - Əsgərov Elvin Mayıl oğlu bu gün vətənə dönüb.

AzVision.az
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı. Vətənə gətirlən Əsgərov Elvinin müayinəsi Bakıda davam etdiriləcək.

“Türkiyədə müalicə aldım, indi özümü yaxşı hiss edirəm. Bizə diqqət göstərən hər kəsə, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən vətənimin yolunda yaralanmışam. Bundan sonra lazım olarsa, vətənim üçün canımdan keçməyə hazıram”,- deyə Elvin Əsgərov jurnalistlərə bildirib.

Vasif Acalov



Teqlər:



Xəbər lenti