Azərbaycanda güclü qar yolu bağladı

Azərbaycanda güclü qar yolu bağladı
  03 Noyabr 2014    Oxunub:3763
Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.


Teqlər:  



Xəbər lenti