Bakıda kütləvi dava - Ölən və yaralananlar var

Bakıda kütləvi dava - Ölən və yaralananlar var
  03 Noyabr 2014    Oxunub:2012
Bakıda gənclər arasında kütləvi dava olub.
AzVision.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Günəş” kafesində qeydə alınıb.

Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb.

R. Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

AzVision.az


Teqlər:



Xəbər lenti