Ordunun yardım fonduna toplanan vəsait açıqlandı - 60 milyon

Ordunun yardım fonduna toplanan vəsait açıqlandı - 60 milyon
  03 Noyabr 2014    Oxunub:1794
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait 60 milyon manata yaxınlaşır.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabr ayının 1-nə qədər Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 58 milyon 429 min 256 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti