Nazirlikdən su altında qalan evlərlə bağlı AÇIQLAMA

Nazirlikdən su altında qalan evlərlə bağlı AÇIQLAMA
  03 Noyabr 2014    Oxunub:1749
Ötən gündən etibarən yağan intensiv yağışlar nəticəsində Bakıda fərdi yaşayış evlərini su basıb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində 5 nəfər fərdi yaşayış evində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsi ilə vətəndaşları su basmış ərazidən təxliyyə ediblər. Əməliyyat saat 11:12-də başa çatıb.

Eyni zamanda ötən gündən respublika ərazisində yağan yağış nəticəsində Bakı şəhərində bəzi ərazilər yağış suları ilə dolub. Yaranmış vəziyyətlə əlaqədar Binəqədi və Sabunçu rayonlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri küçələrin yağış sularından təmizlənməsini və çətin vəziyyətə düşmüş insanlara köməklik göstərilməsini həyata keçirib. Hal-hazırda bu işlər davam etdirilir.


Teqlər:  



Xəbər lenti