İlham Əliyev fransalı nümayəndə heyətini qəbul edib
Dövlətimizin başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini dedi. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən Jan-Fransua Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


