Hökməlidəki qətllə bağlı cinayət işi açılıb

Hökməlidəki qətllə bağlı cinayət işi açılıb
  03 Noyabr 2014    Oxunub:1710
Baş Prokurorluq ötən gün Abşeronda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 1-də saat 04 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə atəş açaraq öldürməsi və rayon Polis Şöbəsinə gəlib könüllü surətdə təslim olaraq cinayətin aləti olan tüfəngi təhvil verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal F.Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilb, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, F.Şükürov qeyd edilən tarixdə saat 01 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb. Bundan sonra F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklüləli ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət almışdır. F.Şükürov K.Qurbanovu özünə məxsus “NİVA” markalı avtomobillə xəstəxanaya aparakən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

F.Şükürov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az




Teqlər:  



Xəbər lenti