Goranboyda 7 nəfəri öldürənin ailəsində faciə

Goranboyda 7 nəfəri öldürənin ailəsində  faciə
  03 Noyabr 2014    Oxunub:1816
Goranboyda həyat yoldaşı da daxil olmaqla 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun ailəsində daha bir dəhşətli hadisə baş verib.
AzVision.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Goranboyun Səfikürd kənd sakini Rafiq Hüseynovun qardaşı bu gün özünü asıb. Atası Müzəffər Hüseynov isə oğlunun intihar etməsi xəbərindən sonra ürəktutmasından vəfat edib.

Qeyd edək ki, bu il oktyabrın 1-də Rafiq Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı da daxil olmaqla 7 nəfəri - qayınanasını, qayınlarını, baldızını və digər qohumlarını qətlə yetirmişdi. Bu olay bütün ölkədə rezonans doğurmuşdu.


Teqlər:  



Xəbər lenti