Bu gün yağış yağmayacaq

Bu gün yağış yağmayacaq
  04 Noyabr 2014    Oxunub:1215
Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 2-4, gündüz 5-9 dərəcə olacaq.

Rayonlarda da hava əsasən yağıntılı keçəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında temperatur gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxta 4 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti