Müsavatdan Nəsib Nəsiblinin istefası ilə bağlı - Açıqlama

Müsavatdan Nəsib Nəsiblinin istefası ilə bağlı - Açıqlama
  04 Noyabr 2014    Oxunub:1865
“Mən Nəsib Nəsiblinin istefa ərizəsini görməmişəm”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiya üzvü Nəsib Nəsiblinin istefasından danışarkən deyib.

O vurğulayıb ki, Nəsib Nəsibli ərizəsini üzvü olduğu rayon təşkilatına verəcək: “Yəqin ki, ərizəsini Xətai rayon təşkilatına verəcək. İstefanın səbəbləri isə mənə məlum deyil”.

Qeyd edək ki, keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyası üzvlüyündən istfa verdiyini açıqlasa da bunun səbəbləri barədə şərh vermək istəməyib.


Teqlər:



Xəbər lenti