“Cəbhəçilər KXCP-yə getmir” -Partiyadan açıqlama

“Cəbhəçilər KXCP-yə getmir” -Partiyadan açıqlama
  04 Noyabr 2014    Oxunub:1776
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər şöbəsi üzvlərinin KXCP-yə üzvlük üçün müraciəti yalan məlumatdır. Təşkilat tam tərkibdə yerindədir, oradan heç kim ümumiyyətlə istefa verməyib”.
Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı partiyadan kütləvi istefa verən üzvlərin KXCP-yə müraciət etməsinə münasibət bildirərkən deyib: “Həmin təşkilatın keçmiş sədri Kəmaləddin Rəhimov partiyadan bir il əvvəl qovulub indi də kimlərinsə təhriki ilə istefa bəyanatı yayır. Qovulmuş adam necə istefa verə bilər? Sumqayıt şəhər şöbəsindən bir nəfər də olsa istefa verməyib”.

Qeyd edək ki, AXCP Sumqayıt şəhər şöbəsinin sabiq sədri Kəamləddin Rəhimovun yaydığı məlumata görə, partiyanın istefa verən 52 üzvündən 48-i üzvlük üçün KXCP-yə müraciət edib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti