`Universitetdən zənginliyə yol xəritəsi`

`Universitetdən zənginliyə yol xəritəsi`
  04 Noyabr 2014    Oxunub:2221
Bu günlərdə Beynəlxalq Dərəcəli Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramovun Qafqaz Universitetində “Universitetdən zənginliyə yol xəritəsi” mövzusunda seminarı təşkil olunub.

Seminar “Əgər bir adam bir şeyi bacarırsa, bunu hamı edə bilər”, “Həyatda uğursuzluq yoxdur, yalnız davranışlarımızın nəticələri var”, “İnsan ona lazım olan bütün resurslara malikdir və ya onları yarada bilər”, “Nə deməkdən çox, necə demək önəmlidir”, “Siz danışmasanız da bədəniniz danışır”, “Uğura nə qədər uzaq və ya yaxın olmağımızı bilmək üçün ayıq olmalıyıq” və s. mövzuları əhatə edir.

Özünü inkişaf və motivasiya məsələlərinə toxunan B.Bayramov, karyerada inkişaf, mükəmməl ünsiyyət, bədən reaksiyaları, davranış qəliblərinin həyati əhəmiyyətli uğurlara təsiri barədə məlumat verib və praktiki çalışmalar keçirib.

Seminarda 200 nəfərə qədər tələbə iştirak edib və seminar, natiqə xatirə plakının təqdimatı ilə başa çatıb.

B.Bayramov yaxın gələcəkdə digər ali və orta təhsil müəssisələrində də xeyriyyə məqsədi ilə NLP seminarı təşkil edəcəklərini bildirib.


Teqlər:  



Xəbər lenti