Dərslər mayın 31-də başa çatacaq – Təhsil Nazirliyi

Dərslər mayın 31-də başa çatacaq – Təhsil Nazirliyi
  05 Noyabr 2014    Oxunub:2029
Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə rəsmi münasibət bildirib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa çatacaq.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti