6-cı sinif şagirdini öldürdülər

6-cı sinif şagirdini öldürdülər
  05 Noyabr 2014    Oxunub:2463
Xaçmaz rayonu Xudat şəhərində ağır yol qəzası baş verib.
AZVision.az anspress-ə istinadən xəbər verir ki, orta məktəb şagirdi avtomobil tərəfindən vurulub.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadə bildirib ki, hadisə Mirzə fətəli Axundov adına küçədə baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Məhəmməd Emrus oğlu Nəbiyev vurulub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, Məhəmməd Nəbiyev orta məktəbin 6-cı sinif şagirdidir.

Aparılacaq tibbi ekspertiza nəticəsində hadisənin piyada, yaxud sürücünün günahı ucbatından baş verdiyi mlum olacaq.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti