Milli Məclis 3 gün büdcəni müzakirə edəcək

Milli Məclis 3 gün büdcəni müzakirə edəcək
  06 Noyabr 2014    Oxunub:1948
Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub.
Millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, parlament üzvləri 18, 19 və 20 noyabrda gələn ilin büdcə zərfini müzakirə edəcək.

`Bundan sonra prosedura uyğun olaraq, deputatların büdcə zərfini qiymətləndirilməsi üçün vaxt verilir. Yəqin ki, bu ayın sonunda büdcə zərfinin təsdiqlənməsi üçün səs vermə olacaq`.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti