Sabah duman olacaq

Sabah duman olacaq
  06 Noyabr 2014    Oxunub:1990
Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Lənkəran-Astara zonasında isə havanın çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-16, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti