Xaricdə oxumaq istəyənlərin ən çox seçdiyi ölkə - Statistika

Xaricdə oxumaq istəyənlərin ən çox seçdiyi ölkə - Statistika
  06 Noyabr 2014    Oxunub:2617
“Azərbaycandan xaricə ali təhsil almağa gedənlər əsasən Böyük Britaniya və ingilis dilli ölkələrə üz tuturlar”.

AzVision.az məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin sektor müdiri Həsən Həsənli bildirib. O vurğulayıb ki, həmçinin xeyli azərbaycanlı gənc ingilis dilində tədris həyata keçirən Türkiyə universitetlərinə də üz tuturlar:

“Burada xüsusilə tibb üzrə təhsil alan rezidentləri qeyd etmək olar. Onların sayı 65 nəfərdir və onlar rezidentura üzrə təhsil almaq üçün Türkiyəni seçiblər”.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda hər zaman texniki sahə üzrə kadrların hazırlığı yüksək səviyyədə olub və bu da xaricilərin diqqətini çəkib: “Xaricdən Azərbaycan Neft Akademiyasına kifayət qədər tələbələr üz tutur. Azərbaycanda pedaqoji sahədə də təhsil almağa gələn əcnəbi tələbələr çoxdur”

H. Həsənlinin sözlərinə görə, ölkəmizdə təhsil almağa gələn tələblərin əksəriyyəti Türkiyə və Rusiyadandır.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti