Yol polisindən sürücülərə tıxac xəbərdarlığı

Yol polisindən sürücülərə tıxac xəbərdarlığı
  08 Noyabr 2014    Oxunub:1686
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib. AzVision.az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, BDYPİ-nin müraciətində sürücülərdən şənbə və bazar günü, o cümlədən Dövlət Bayrağı günü ilə bağlı noyabrın 10-nun qeyri-iş günü olmasını nəzərə alaraq şəxsi avtomobillərindən maksimum dərəcədə az istifadə etmək xahiş edilir.

Müraciətdə həmçinin qeyd edilib ki, bu günlər ərzində Bakının mərkəzi yollarında əsaslı təmir işlərinin aparılması, kommunikasiya xətlərinin dəyişdirilməsi, yeni asfalt-beton örtüyünün salınması işi sürətləndiriləcək.

"Sürücülərə də bu işlərin sürətlə aparılması üçün avtomobillərindən imkan daxilində istifadə etməmələri tövsiyə edilir”.




Teqlər:



Xəbər lenti