Mətbuat Şurasından mitinq açıqlaması

Mətbuat Şurasından mitinq açıqlaması
  09 Noyabr 2014    Oxunub:1228
Azərbaycan Mətbuat Şurası Milli Şuranın noyabrın 9-da Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan AzVision.az-a verilən məlumata görə, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün xüsusi yerlərin ayrıldığı müəyyənləşdirilib. Bundan başqa, onların sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.


Teqlər:



Xəbər lenti