Rövnəq Abdullayev Yunanıstanda

Rövnəq Abdullayev Yunanıstanda
  11 Noyabr 2014    Oxunub:1431
Noyabrın 10-da ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Antonis Samarasla görüşüb.
ARDNŞ-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.

AzVision.az


Teqlər:



Xəbər lenti