“Müxalifət 21 ildir yalan danışır” – Rəsul Quliyev

“Müxalifət 21 ildir yalan danışır” – Rəsul Quliyev
  12 Noyabr 2014    Oxunub:1917
Azərbaycanın eks-spikeri Rəsul Quliyev Milli Şuranın sonuncu mitinqini ələ salıb.
AzVision.az xəbər verir ki, R.Quliyev müxalifəti mitinqə gələnlərn sayını yalandan artırmaqda ittiham edib:

“Bir daha sizin mitinqə gələnlərin sayını 6 dəfə artırmağınız mənasız və xeyirsiz. Rəqəmi şişirtməkdən mənəvi məmnunluq və gördüyünüz işin böyük bir iş olduğuna özünüzü inandırmaq istəyirsinizsə, 20 min də yaza bilərsiniz.

Əgər siz camaatın indiki müxalifətə inanmadığını bilmirsinzsə, Ermənistanda TV-nin olmasının əsas səbəb olduğunu düşünürsünüzsə sizə uğurlar”.

R.Quliyevin fikrincə, müxalifət 21 ildir Azərbaycan xalqına yalan danışır.

Anar Rüstəmov


Teqlər:



Xəbər lenti