Deputat Milli Məclisdə problemlərdən danışdı

Deputat Milli Məclisdə problemlərdən danışdı
  19 Noyabr 2014    Oxunub:1704
Azərbaycan Milli Məclisinin 2015-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunan plenar iclasının ikinci günü davam edir.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclas büdcə ilə bağlı millət vəkilləri müzakirə aparırlar.

İlk olaraq çıxış edən millət vəkili Fəzail Ağamalı bir neçə təkliflər verib. Milli Məclisin üzvü bildirib ki, gələn il üçün kənd təsərrüfatının inkişafına, sənaye üsulu ilə istehsal olunan məhsulların kommunikasiya xidmətinə güzəştlər tətbiq olunmalı, eyni zamanda emal müəssisələrinin yaradılmasına xüsusi fikir verilməlidir. F.Ağamalı həmin müəssisələrə qazın, işığın verilməsində müəyyən güzəştlər olunmasını təklif edib.

Millət vəkili həmçinin təhsil sahəsi ilə bağlı da təklif irəli sürüb. Onun sözlərinə görə, gələn il üçün diqqəti texniki peşə məktəblərinin inşasına və onun inkişafına yönəldilməlidir:

“Nəzərə alsaq ki, ildə 70 mindən yuxarı gənc orta məktəbi bitirir, ancaq onun müəyyən peşəyə yiyələnməsi və iş tapmasında kifayət qədər problemlər yaşanır. Hesab edirəm ki, hökumət 2015-ci il üçün texniki peşə məktəblərinin bərpasına xüsusi diqqət edəcək. Çünki bu zamanın tələbidir”.

Sevinc İltifatqızı




Teqlər:  



Xəbər lenti