Daha bir müsavatçıya xəbərdarlıq edildi

Daha bir müsavatçıya xəbərdarlıq edildi
  19 Noyabr 2014    Oxunub:1272
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının ötən gün baş tutan toplantısında partiya üzvü Könül Mirzəyevanın Kamil Xəlilbəyli ilə yazışmalarında işlətdiyi ifadələr müzakirə olunub.

Partiyadan AzVision.az-a daxil olan məlumata görə, iclasda iştirak edən Könül Mirzəyeva haqqındakı iddialarla bağlı çıxış edib, verilən sualları cavablandırıb.

Könül Mirzəyeva işlətdiyi ifadələrə görə peşmançılıq keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib. MNTK müzakirələrdən sonra partiyanın Məclis üzvü Könül Mirzəyevaya xəbərdarlıq edib.

Qeyd edək ki, Kamil Xəlilbəyli sosial şəbəkədə yazışmasında qeyd etdiyi fikirlərinə görə MNTK-ya şikayət əsasında partiyadan xaric edilmişdi.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti