“Onlara bel bağlayan belsiz qalar” - Spikerdən Bahar Muradovaya

“Onlara bel bağlayan belsiz qalar” - Spikerdən Bahar Muradovaya
  28 Noyabr 2014    Oxunub:1660
“Hazırda millət vəkillərimiz beynəlxalq təşkilatlara haqlı suallar ünvanlayırlar. Hesab edirəm ki, ritorik suallar verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq. Çünki onlar bu suallara cavab verə bilməyəcəklər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bəzi beynəlxalq qurumlar artıq çox irəli gedirlər:

“Bizim vəzifəmiz öz yolumuzla getmək və sona qədər müqavimət gücümüzü göstərməkdir. Bu yaxınlarda Şultsun açıqlamaları olub. Nəzərimi çəkən odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda azadlıq tərəfdaşları olan 1 nəfər də qalmayıb. Onlara demək istəyirəm ki, sizin tərəfdaşlarınız Leyla Yunus kimilərdir, ya bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Şultsu yox, Avropa İttifaqını görürük. Onlara deyirəm ki, Azərbaycana qarşı qərəzli mövqedən əl çəksinlər. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq isə deyirəm ki, hüquq mühafizə orqanları və bunda aidiyyatı qurumlar öz mövqelərini bildirməlidirlər. Azərbaycanda qanunları hər zaman üstün tutulub. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır”.

B.Muradovanın bu fikirlərinə spiker Oqtay Əsədovdan da cavab gəlib: “Görürük ki, mötəbər saydığımız təşkilatların hamısında mötəbərlik, müstəqillik yoxdur. Biz dövlətlərarası münasibətləri inkişaf etdirməliyik. Beynəlxalq təşkilatlara bel bağlamamalıyıq, onlara bel bağlayan belsiz qalar. Təzyiqlər bizə çox olacaq, kiçik bir bəhanədən istifadə edib Azərbaycana qarşı təzyiq göstərirlər. Milli məsələyə qulluq etməyənlər milli xəyanətkarlardır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti