İlham Əliyevdən təbrik
AzVision.az-ın məlumatına görə, ölkə başçısı təbrik məktubunda Rumıniya Respublikasının milli bayramı – Birlik günü münasibətilə bütün Ruminya xalqını səmimi qəlbdən təbrik edib:
"Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.
Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah arzulayıram".
Mənbə







Vaxtında, Aydın, Lazımlı!


