Nazir: `İnsanlar bizə narazılıq edirlər`

Nazir: `İnsanlar bizə narazılıq edirlər`
  02 Dekabr 2014    Oxunub:1904
“Əhali bu istiqamətdə bizə narazılıq edir. Ona görə də yaxın vaxtlarda müəyyən tənzimlənmə qaydaları həyata keçiriləcək”.
AzVision.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov mobil operatorların insanları bezdirən SMS-lər göndərməsinə münasibətində deyib.

Nazir bildirib ki, mobil operatorların abonentlərin xoşuna gəlməyən informasiyalarla onları narahat etməməsi üçün qaydalar hazırlanacaq:

“Hazırlanan qaydalar həmin problemlərin aradan qaldırılmasına kömək edəcək”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti